Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 469.9 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.9% çoxdur.
2023-cü ilin yanvar-mart aylarında bu rəqəm 1 milyard 544.9 milyon manat təşkil edib.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 10.4% artaraq 404,1 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 10.1% azalaraq 1 milyard 7.7 milyon manat, aksizlər üzrə daxilolmalar 10.6% artaraq 48.6 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 32.2% azalaraq 9 milyon 466 min manat olub.