13 C
Baku
Friday, November 22, 2024

Gömrük xətti ilə büdcə daxilolmaları bu il 4 mlrd. manata yaxınlaşıb

2024-cü ilin yanvar-iyul aylarında gömrük xətti ilə büdcə daxilolmaları 6.6% artaraq 3 milyard 843,609 milyon manata çatıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 50,053 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15.5% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2 milyard 656,984 milyon manat (4.2% çox), aksizlər üzrə daxilolmalar 114,433 milyon manat (6.1% az), yol vergisi üzrə daxilolmalar isə 22,137 milyon manat (16.3% az) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər