Ötən il Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə köçürmələri 5 milyard 653 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 23% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə müəyyən olunmuş illik büdcə öhdəliyi 4 milyard 605 milyon manat təşkil edib. Faktiki büdcə daxilolmaları isə nəzərdə tutulan proqnozdan 1 milyard manat artıq olub.