14 C
Baku
Saturday, April 27, 2024

Gömrük xəttilə büdcə daxilolmaları 25% artıb

2022-ci ilin iyul ayında Azərbaycanda gömrük daxilolmaları 110 mln. 160.4 min manatı gömrük rüsumu üzrə, 348 mln. 731.7 min manatı ƏDV üzrə, 15 mln. 445.3 min manatı aksizlər üzrə, 6 mln. 195.7 min manatı yol vergisi üzrə olmaqla, ümumilikdə 480 mln. 533.2 min manat təşkil edib. Bu göstərici illik müqayisədə 24.6% artım deməkdir. Belə ki, ötən ilin müvafiq dövründə isə gömrük xəttilə büdcə daxilolmaları 385 mln. 796.9 min manat təşkil etmişdi.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İllik müqayisədə gömrük rüsumu üzrə daxilolmalarda 10.8%, ƏDV üzrə daxilolmalarda 30.3%, aksizlər üzrə daxilolmalarda 3.6%, yol vergisi üzrə daxilolmalarda isə 64.2% artım olub.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər