10 C
Baku
Tuesday, November 26, 2024

Gömrükçülər Rusiya vətəndaşından külli miqdarda qızıl-zinət əşyası müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyalarının ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Moskva-Bakı aviareysinin sərnişini, Rusiya Federasiyasının vətəndaşı Patimat Kurbanovanın əl çantası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin çantada “Nebula”, “TİTAN” və “Guess” markalı cəmi 3 ədəd qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkar olunub.

 

P. Kurbanovanın üzərində şəxsi yoxlama zamanı isə “TİTAN” markalı daha 2 ədəd qol saatı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və üzərində ürək formalı kulon olan 1 ədəd qızıl boyunbağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər