13 C
Baku
Tuesday, November 4, 2025

Gömrükdə aksiz dərəcəsinin artması avtomobillərin qiymətini nə qədər artıracaq?

Gələn ildən ölkəyə idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Nəticədə də həmin avtomobillərin qiymətlərinin artacağı gözlənilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gələn il yanvarın 1-dən ölkəyə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədlinin sözlərinə görə, aksiz dərəcəsinin artırılması bezin mühərrikli avtomobillərdə 135 manatdan 1680 manata qədər, dizel mühərrikli avtomobillərdə isə 225 manatdan 2800 manata qədər fərq edəcək.

Son xəbərlər
Digər xəbərlər