8 C
Baku
Friday, December 13, 2024

Gömrükdə avqustdan bu tərəfə ən yaxşı göstərici qeydə alındı

Azərbaycanın Dövlət Gömrük Komitəsindən büdcəyə daxil olmanın həcmi noyabr ayı ərzində 315 milyon 874.1 min manat olub.

Banker.az xəbər verir ki, bu da cari ilin  oktyabr ayı ilə müqayisədə 1 milyon 467.1 min manat (0.5%) çox olması deməkdir.

Noyabrda daxilolmaların gömrük rüsumu üzrə 87 milyon 298.5 min manatı (aylıq müqayisə: +3.0%), ƏDV üzrə 212 milyon 747.9 min manat ( -1%), aksizlər üzrə 12 milyon 852.3 min manat (+7.2%) və yol vergisi üzrə 2 milyon 975.4 min manat (+4.1%) olmuşdur.32323323

Cəmi olaraq isə ilin ilk 11 ayı ərzində gömrük xətti ilə  3 milyard 585 milyon 514.9 min manat vəsait daxil olub. Bu da gözləniləni 101.5% üstələməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər