2019-cu ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402,284 milyon manat məbləğində vergi və rüsum daxil olub. Bu da 23 aprel 2018-ci il tarixində Prezidentin DGK-dakı rəisi dəyişməsindən sonra (əvvəl Aydın Əliyev idi) 1,78 dəfə daha çox artım olması deməkdir. Eləcə də 2019-cu ilin 12 ayı üzrə Azərbaycan tarixində ən böyük vəsaitin daxil olduğu bir rəqəmlə yadda qalır.
Bu barədə Banker.az DGK-ya istinadən məlumat verir
Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə 221,30 milyon manat (2,2 dəfə ) çox olub.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği ötən ilin analoji ayı ilə müqayisədə 54,95 milyon manat və yaxud 2 dəfə artaraq 110,65 milyon manat olub.
Həmçinin aksizlər üzrə daxilolmaların məbləği 14,2 milyon manat və yaxud 4,95 dəfə artaraq 18,78 milyon manat, ƏDV üzrə daxilolmaların məbləği 151,99 milyon manat və yaxud 2,3 dəfə artaraq 269 milyon manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 215 min manat və yaxud 5,9% artaraq 3 milyard 855 milyon manat təşkil edib.