9 C
Baku
Friday, December 13, 2024

Gömrükdən büdcəyə daxilolmada iyul ayında tarixi rekord yeniləyib

Azərbaycanın Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsait açıqlanıb.

Banker.az xəbər verir ki, gömrük xətti ilə 2021-ci ilin iyul ayında dövlət büdcəsinə 385.8 mln. manat həcmində vəsait daxil olub. Bu aylıq 2.5% artım dinamikasıdır.

Bu göstəricilərə baxanda iyul ayı büdcə üçün ən gəlirli ay olub. DGK-nin tarixində ayları üzrə rekord göstəricidir. Sonuncu dəfə ən yüksək rəqəm cari ilin iyununda ayında (376.21 mln. manat) qeydə alınmışdı.

İyul ayındakı gömrük yığımlarının 9.95 mln manatı gömrük (aylıq müqayisə: -4.6%), 267.64 mln. manatı ƏDV-dən (+5.9%), 14.91 mln. manatı aksiz (-4.9%), 3.77 mln. manatı yol vergisindən (+3.5%) daxil olub.

İlin ilk 7 ayında isə 2 milyard 424.03 milyon manat büdcəyə köçürülmə edilib, bu da illik müqayisədə 63.99 mln. manat, yaxud 2.7% artımdir.

42424

Qeyd edək ki, DGK-nin rəisi Səfər Mehdiyev öz tvitter hesabında bildirmişdi ki, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 113.44 % əməl  edib. Nəzərdə tutulan proqnozdan əlavə 287.14 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə  köçürülməsi təmin olunub.

 

Son xəbərlər
Digər xəbərlər