9 C
Baku
Thursday, November 28, 2024

Gömrükdən büdcəyə daxilolmalar 30%-dən çox artıb

2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə  460 milyon 388.2 min manat daxil olub ki, bu da avqust ayı ilə müqayisədə 38.3% az, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 77 milyon 196.5 min manat və ya 20.1% çoxdur.

Banker.az bu barədə DGK-nın təqdim etdiyi hesabata istinadən xəbər verir.

Daxilolmaların 25.8%-ini gömrük rüsumu üzrə, 69.9%-ini ƏDV üzrə, 3.2%-ini aksizlər üzrə, 1.1%-ini isə yol vergisi üzrə daxilolmalar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında gömrük daxilolmalarının ümumi həcmi isə illikmüqayisədə 32,4% artaraq 4 milyard 227 milyon 449 min manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər