15 C
Baku
Friday, March 29, 2024

“Gömrükdən dövlət büdcəsinə 4 milyard daxil olacaq”

“2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq”.

Bu sözləri Maliyyə naziri Samir Şərifov noyabrın 7-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur:

“Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur”.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər