22 C
Baku
Thursday, May 30, 2024

Gömrüyün 2 ayda büdcəyə ödəmələri cüzi azalıb

2020-ci ilin ilk iki ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 663,31 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,37 milyon manat və yaxud 0,4% azdır.

Hesabat dövründə gömrük rüsumları illik müqayisədə 22,03 milyon manat və yaxud 14,8% azalaraq 170,67 milyon manat təşkil edib.

ƏDV üzrə daxilolmalar 16,09 milyon manat və yaxud 3,3% azalaraq 465,985 milyon manat, aksizlər üzrə daxilolmalar 9,4 milyon manat və yaxud 32,5% azalaraq 19,51 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 706 min manat və yaxud 11% artaraq 7,14 milyon manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər