9 C
Baku
Wednesday, January 22, 2025

“Google” “OpenAI”nin rəqibinə daha $1 mlrd. sərmayə qoyur

“Google” korporasiyası süni intellekt (AI) texnologiyalarını inkişaf etdirən və bu sahədə “ChatGPT” çat-botunun yaradıcısı “OpenAI” ilə rəqabət aparan Amerikanın “Anthropic” şirkətinə daha 1 milyard dollar sərmayə qoyub, bu barədə “Financial Times” qəzeti yazır.

Qəzetin məlumatına görə, “Google” artıq “Anthropic”ə təxminən 2 milyard dollar sərmayə qoyub və hazırda şirkətdəki payını artırır. Nəşrin mənbələri qeyd edir ki, “Anthropic” həmçinin Silikon Vadisi vençur kapitalistlərindən daha 2 milyard dollar toplamaq ərəfəsindədir ki, bu da şirkətin təxmin edilən dəyərini üç dəfə artıraraq 60 milyard dollara çatdıracaq. Qəzet bildirir ki, 2024-cü ilin dekabrında “Anthropic”in gəliri 1 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 10 dəfə çoxdur.

“Anthropic” 2021-ci ildə keçmiş “OpenAI” işçiləri tərəfindən təsis edilib və tezliklə süni intellekt sisteminin inkişafı sahəsində aparıcı oyunçulardan birinə çevrilib. Şirkət ilk dəfə 2022-ci ildə flaqman məhsulu olan “Claude” çat-botunu təqdim edib və nəticədə “Google” və “Amazon” texnologiya nəhəngləri də daxil olmaqla əhəmiyyətli investisiyalar toplayıb.

Son xəbərlər
Digər xəbərlər