Qızcığaz şirkətə məktub yazmış və rəhbərlikdən atası üçün 1 həftəlik məzuniyyət əldə etmişdir. Google şirkətində çalışan bir əməkdaşın Keti adlı qızı şirkətə bu rica ilə müraciət etmişdir:
“Əziz Google işçiləri! Çərşənbə günü atam işə gəldikdə onu evə gəlməsi üçün buraxa bilərsiniz? Axı onun şənbə günləri cəmi 1 istirahət günü var.
P.S. Çünki çərşənbə günü onun doğum günüdür.
P.P.S. Və yeri gəlmişkən, indi yaydır”









