Bu yaxınlarda Google şirkətinin törəmə Alphabet, Inc. şirkəti peyda oldu. Şirkət yaradıcılarından biri olan Larry Peidge-in sözlərinə görə yeni struktur IT-nəhəngin brendlərini daha effektiv idarə etməyə imkan verəcək.
Lakin bu çətin ki şirkətin kadr siyasətini dəyişsin. Belə ki, proqramçılar şirkətin ən yüksək əmək haqqı əldə edən əməkdaşları olaraq qalırlar. Glassdoor agentliyinin nəşr etdiyi araşdırmanın nəticələri də bunu sübut edir. Qeyd edək ki, Google şirkətində real əmək haqqı həmçinin mütəxəssisin təcrübəsindən də asılıdır.
Şirkətdə ən çox əmək haqqı alan 10 mütəxəssis:
- Cihaz mühəndisi – 183,9 min dollar;
- Texniki proqram meneceri – 188,2 min dollar;
- Korporativ konsultant – 189,3 min dollar;
- Satış strategiyası üzrə baş menecer – 190,7 min dollar;
- Kommunikasiya üzrə menecer – 190,8 min dollar;
- Baş proqramçı – 191,6 min dollar;
- İnterfeys dizayneri – 191,9 min dollar;
- Satış üzrə baş menecer – 193,7 min dollar;
- Online satış üzrə baş menecer – 192,9 min dollar;
- Saytın sabitliyinə cavabdeh olan proqramçı – 193,4 min dollar.