16 C
Baku
Monday, April 29, 2024

Google əməkdaşlarının “iş” şəraiti

Bir çoxları dünya nəhəngi Google şirkətində işləməyi arzulayır. Lakin bu elə də asan əldə edilən arzu deyil. Lakin nə vaxtsa bu arzunuza yiyələnə bilsəniz bəxtinizin üzünüzə güldüyünü deməyə tam haqqınız var. 

Google əməkdaşlarının iddia etdiyinə əsasən, şirkətdə nəinki yaxşı maaş verilir, həmçinin sözün əsl mənasında əməkdaşların qayğısına qalınır. Şirkətin şanslı əməkdaşları məhz bu şirkətdə işləməyin qazandıracağı üstünlüklər barədə danışmışlar.

Buyurun tanış olun:

Google-da işləyərkən hər hansı bir məşhurla otaq yoldaşı olduğunuzu dərk edə bilərsiniz.

Şirkət əməkdaşları ofislərdə pulsuz olaraq qidalana, paltaryuyan, qabyuyan maşından istifadə edə, duş qəbul edə, televizora baxa və şəxsi şkafa sahib ola bilərlər. Beləliklə, heç bir məbləğ ödəmədən ofisdə yaşaya bilərsiniz. Baxmayaraq ki, şirkət buna razı deyil.

2007-ci ildə ilk iPhone təqdim edildikdə Google əməkdaşları da Apple əməkdaşları qədər xoşbəxt idilər. Çünki İphone 1 –in əksər funksiyaları Google API əsasında yaradılmışdı.

Google şirkəti yeni yarandıqda onun bütün mebeli IKEA şirkətindən idi. Çünki şirkət yaradıcıları qənaət etmək qərarına gəlmişdilər və bu səbəbdən ucuz mebelə ehtiyac var idi.

Əməkdaşlar hər 12 aydan bir yeni smartfon tələb edə bilərlər. Lakin elə qaydalara görə bayramlarda onsuz onlara yeni smartfon hədiyyə edilir.

Google şirkəti 10 il ərzində dünyasını dəyişmiş əməkdaşın ailəsini onun əmək haqqısının yarısını təqdim edir. Həmçinin həmin əməkdaşın övladı təhsil aldığı müddətcə təqaüd alır.

Burada qida heç zaman bitmir.

Google əməkdaşlarını hər gün işə və evə xüsusi taksi apararaq geri gətirir. Üstəlik məsafənin heç bir əhəmiyəti yoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.