Reuters agentliyinin verdiyi məlumata görə, dünyaca məşhur Google Inc. şirkəti ev üçün “ağıllı” texnika istehsalçısı olan Nest Labs şirkətini aldığını elan etmişdir. Müqavilənin dəyəri 3,2 milyard dollar təşkil edəcək.
Bu Google şirkəti tarixində Motorola telefonlarının istehsalçısı olan şirkəti 12,5 nilyard dollara almasından sonraki ən bahalı müqavilədir. Verilən məlumatlara görə, Nest Labs öz brendi altında fəaliyyətinə davam edəcək.
Qeyd edək ki, bazar Google şirkətinin bu addımını müsbət qarşıladı və şirkətin səhmləri 0,5% həcmində artdı.
Nest Labs şirkəti Apple Inc. şirkətinin keçmiş əməkdaşları olan Toni Fadell və Mett Rocers tərəfindən yaradılmışdı. Şirkət “ağıllı” termostatlar və tüstü sensorları istehsalçısı kimi məşhurdur.