“Google” 5G ilə işləyən Pixel 5 smartfonunu təqdim edib

“Google” şirkəti 5G texnologiyası ilə işləyən yeni Pixel 5 smartfonunu təqdim edib.

Banker.az xəbər verir ki, cihazın xüsusiyyətləri barədə 30 sentyabr tarixində “YouTube”da keçirilən onlayn təqdimatda danışılıb.

Qeyd edildiyi kimi, Pixel 5 smartfonu çərçivəsiz ekran, 8 Mp qabaq kamera, simsiz enerji toplama, 4080 mAh akkumulyator, 8 operativ və 128 Gb daimi yaddaşla təchiz edilib.

Flaqman oktyabrın ortalarında, dünyanın 15 ölkəsində satışa çıxarılacaq. Mütəxəssislərin verdiyi məlumata görə, cihazın qiyməti 699 dollar təşkil edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər