13 C
Baku
Friday, November 22, 2024

“Google” 93 milyon dollar təzminat ödəyəcək

ABŞ-nin texnoloji şirkəti “Google” Kaliforniyada açılan məhkəmə iddiasında icazəsiz yeri izləməkdə təqsirli bilinib və 93 milyon dollar təzminat ödəməyə razılaşıb.

Kaliforniya baş prokuroru Rob Bontun iddiasına görə, “Google” məkan tarixçəsi söndürülsə belə, “Veb və Tətbiq Fəaliyyəti” kimi digər xidmətləri vasitəsilə istifadəçiləri izləyir və bu məlumatları kommersiya məqsədləri üçün şirkətlərlə paylaşır.

Qeyd edək ki, 93 milyon dollarlıq cərimədən əlavə, “Google” bəzi yeni şərtlərə əməl edəcək. Belə ki, məkanı izləyə bilən xidmətlər və tətbiqlər üçün daha çox şəffaflıq olacaq.

Bundan əlavə, fərdiləşdirilmiş reklamların nümayişi tətbiqində istifadəçiyə yer məlumatlarının necə paylaşıldığı barədə məlumat veriləcək.

Son xəbərlər
Digər xəbərlər