“SearchLab” tərəfindən paylaşılan məlumata görə, “Google” növbəti yeniləməni sınaqdan keçirir.
İlk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə “Google Axtarış”-dan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək. “Google”-da biznes profili olan dilerlər “Avtomobil İdentifikasiya Nömrəsi” olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.
Bu siyahıya pikap, karvan və motosiklet kimi nəqliyyat vasitələri daxildir. Yəni bu yeniləmə ilə “Google”-da ikinci əl avtomobilləri axtardığınız zaman yaxınlıqdakı dilerlərin satışa çıxardığı avtomobillər siyahıya alınacaq. Seçdiyiniz avtomobilin xüsusiyyətlərini və istifadə şərtlərini “Satılır” bölməsində görə biləcəksiniz. Bu yolla ikinci əl avtomobil alarkən “Google”-un qeyd etdiyi nəqliyyat vasitələrindən yararlana bilərsiniz. Bu yeniləmə ilk olaraq ABŞ-da yayımlanacaq.