19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Google” Almaniyadaki məlumat mərkəzlərinə və yaşıl enerjiyə 1 mlrd. avro ayıracaq

“Google” 2030-cu ilə qədər Berlin və Frankurt məlumat mərkəzlərinə və bərpa olunan enerjiyə 1 milyard avro investisiya qoyacaq.

Banker.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə “Google” məlumat mərkəzlərinin enerji və infrastruktur rəhbəri Mark Oman məlumat verib.

Oman, “Google”un 2030-cu ilə qədər məlumat mərkəzlərində yüzdə-yüz bərpa olunan enerjidən istifadə etməyi qarşısına məqsəd qoyaraq Almaniyadakı məlumat mərkəzləri üçün Fransız enerji şirkəti “Engie”nin Alman törəmə şirkətlərindən 140 meqavatdan çox elektrik alacağını deyib.

Qeyd edək ki, “Google” bu investisiyası ilə Frankurtdaki məlumat mərkəzi genişləndirəcək və paytaxt Berlində yeni məlumat mərkəzi yaradacaq.

Son xəbərlər
Oxşar xəbərlər