7 C
Baku
Thursday, December 12, 2024

“Google” Android-in köhnə versiyalarındakı hesablara girişi bağlayacaq

“Google” 27 sentyabr 2021-ci il tarixində Android-in köhnə versiyalarındakı hesablara girişi bağlayacaq. Verilən məlumata görə, bu, 2010-cu ildən sonra (2.3.7-dən əvvəlki) quraşdırılmış əməliyyat sistemlərinə şamil ediləcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Korporasiya Android sahiblərinə əməliyyat sistemlərini 3.0 və ya daha yüksək versiyaya qədər yeniləməyi tövsiyə edib. Əgər əməliyyat sistemini yeniləmək mümkün olmayıbsa, istifadəçi “Google” hesabına daxil ola bilməyəcək.

Xatırladaq ki, 2021-ci ilin mayında şirkət yeni Android 12 əməliyyat sistemini təqdim edib. İyulda isə bütün məlumatları iPhone-dan Android-ə köçürməyə imkan verəcək yeni tətbiq üzərində işlədiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər