16 C
Baku
Thursday, May 2, 2024

“Google” Android və Chrome OS üçün yeni funksiyalar təqdim edib

Amerikanın “Google” korporasiyası Barselonada keçirilən “MWC 2023” konfransı çərçivəsində Android, Wear OS və Chrome OS əməliyyat sistemlərində görünəcək bir sıra yeni funksiyaları təqdim edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni böyütmə funksiyası sayəsində siz səhifənin maketini saxlayaraq şəkil, video və ya mətni 300%-dək böyüdə biləcəksiniz. Bu funksiya artıq brauzerin beta versiyasında mövcuddur.

“Google Disk” yeni alət alacaq ki, onun vasitəsilə PDF-fayllara virtual klaviatura və ya stilusdan istifadə edərək annotasiyalar əlavə etmək mümkün olacaq. Bundan əlavə, “Emoji Kitchen” alətində yeni seçimlər olacaq. Həmçinin Wear OS-də əlilliyi olan insanlar üçün monosəs, boz rəng intensivliyi və rəng korreksiyası rejimləri yer alacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər