20 C
Baku
Friday, October 11, 2024

“Google” axtarış formatını dəyişir

Amerikanın “Google” şirkəti axtarış panelinin interfeysinə süni intellektlə dialoq, həmçinin sosial şəbəkələrdən qısa videoların və yazıların daxil edilməsi funksiyası üzərində işləyir, bu barədə “The Wall Street Journal” yazır.

Qeyd edilir ki, bu, insanların internetdə məlumat əldə etmə üsullarında baş verən dəyişikliklərə, o cümlədən “ChatGPT” kimi süni intellekt botlarının yaranmasına cavabdır.

Mənbələrə görə, “Google” yeni funksiyaları yaxın gələcəkdə təqdim edəcək. Onların arasında süni intellektə əsaslanan çat-botla dialoq aparmaq imkanı olacaq. Korporasiyanın dediyinə görə, istifadəçilər süni intellektə suallar verə və ondan cavablar ala biləcəklər.

Son xəbərlər
Digər xəbərlər