17 C
Baku
Tuesday, October 28, 2025

Google axtarış sistemi dəyişir

Google axtarış sistemində süni intellekt əsasında böyük yeniliklərə başlayıb. Şirkət yeni “Süni intellekt rejimi” ilə sadəcə nəticələr siyahısı təqdim etməkdən imtina edir – istifadəçilər artıq cavabı birbaşa ekranda axtarmadan görəcəklər.

Bu dəyişiklik informasiya və media dünyasında yeni mərhələ açır.

Artıq əsas məqsəd “birinci sırada çıxmaq” deyil, “etibarlı mənbə” olmaqdır. Google-ın sistemi məlumatları “E-E-A-T” prinsipi əsasında – təcrübə, peşəkarlıq, nüfuz və etibarlılığa görə seçəcək.

Mütəxəssislərin fikrincə, bu yenilik təkcə axtarış vərdişlərini deyil, həm də jurnalistikanı və məzmun istehsalını köklü şəkildə dəyişəcək. Artıq oxucu informasiyaya deyil, etibara inanacaq.

Ekspertlər bildirir ki, süni intellektlə yanaşı insan amilini qorumaq vacibdir. Çünki texnologiyanın məqsədi insanı əvəzləmək deyil, onu tamamlamalıdır.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər