20 C
Baku
Thursday, May 2, 2024

“Google” axtarışa yeni funksiya əlavə edib

“Google” axtarış sistemi sorğuların qrammatikasını yoxlamaq üçün yeni funksiya yaradıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Belə ki,”Google” istifadəçinin sorğunu morfologiya və ya sintaksis baxımından səhv daxil etdiyini görərsə, əvəzetmə təklif edəcək və cümlədə nəyin səhv yazıldığını göstərəcək.

Yenilik hələki yalnız ingilis dilində mövcuddur. “The Verge” hesab edir ki, “Google” bu yolla daha çox istifadəçi cəlb etmək istəyir.

Bundan əvvəl “Google” yeni süni intellekt alətini buraxıb, həmçinin “Google Chrome” brauzeri üçün yenilik təqdim edib, hansı ki URL-lərdə yazı səhvlərini düzəltməyə kömək edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər