23 C
Baku
Saturday, April 20, 2024

“Google” bu tətbiqləri “Play Store”dan sildi

Android telefonlarda namaz vaxtı, radar aşkarlama və QR kod oxuyucu kimi ən çox yüklənən tətbiqlərdə casus proqramların olduğu təsbit edilib. Google Play Store-dan istifadəçilərdən gizli məlumat toplayan minlərlə tətbiqi sildiyini açıqlayıb. Mütəxəssislər milyonlarla telefonda bu tətbiqlərin olduğunu bildiriblər.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Android cihazlarına yüklənən bəzi proqramlara daxil edilmiş proqram komponentinin istifadəçilərin telefonlarından məlumatları oğurladığı müəyyən edilib. Tətbiqlərlə istifadəçilərin yerləri, e-poçtları və telefon nömrələrinin oğurlandığı, sözügedən casus proqramın Panama proqram şirkəti “Measurement Systems” tərəfindən Amerika milli təhlükəsizlik agentlikləri üçün istehsal edildiyi bildirilir.

“American Wall Street” jurnalın (WSJ) xəbərinə görə, casus tətbiqlər arasında 10 milyon dəfədən çox yüklənən namaz vaxtı, magistral yollarda sürət həddini göstərən radar aşkarlama və QR kimi tətbiqlər var. Bu tətbiqləri istehsal edən proqram tərtibatçıları deyir ki, “Measurement Systems” proqram tərtibatçılarına “SDK” adlı kodu tətbiqlərə yerləşdirmək üçün pul ödəyib.

Kaliforniya Universitetinin Beynəlxalq Kompüter Elmləri fakültəsindən Serj Egelman Panama şirkətinin sözügedən kod sayəsində istifadəçilərdən gizli məlumat topladığını bildirib. SDK kodunu ehtiva edən tətbiqlərin “Measurement Systems” kimi adı çox tanınmayan şirkətlər tərəfindən yazıldığına diqqət çəkən Egelman, “Bu, bizə əcnəbilərdən “konfet” almamaq tövsiyəsini xatırladır” deyib.

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər