23 C
Baku
Thursday, April 25, 2024

“Google” bütün ofis işçilərini peyvənd etdirəcək

ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin də daxil olduğu “Alphabet” holdinqi ofislərdə çalışan bütün işçiləri koronavirus infeksiyasına qarşı məcburi peyvənd etdirəcək.

Bunu şirkətin Baş icraçı direktoru (CEO) Sundar Piçai bəyan edib.

Vaksinasiyadan öncə işçilərə özündə peyvəndin təsiri barədə məlumatları ehtiva edən tövsiyələr təqdim ediləcək.

Səhhətində müəyyən problem olan işçilər peyvənd olunmayacaq. Qeyd edək ki, şirkət işçilərinə məsafədən işləmək müddətini 18 oktyabr tarixinə qədər uzadıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər