10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Google Cədvəllər”ə yeni alət əlavə edilib – Smart Fill

“Google” şirkəti “Google Cədvəllər”ə yeni Smart Fill alətini əlavə edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu alət avtomatik olaraq cədvəldəki qanunauyğunluqları tapır və təhlil edir.

Məsələn, “Ad və soyad” sütununu ikiyə bölmək lazımdır – adlar və soyadlar: istifadəçi adları yazmağa başladıqda, alət avtomatik olaraq şablonlar axtarmağa başlayacaq, uyğun düstur yaradacaq və sütunun qalan hissəsini özü dolduracaq.

Cədvəlin özündə olan verilənlərə əlavə olaraq, proqram Knowledge Graph (“Biliklər qrafı”) məlumatlarından istifadə edə bilər. Məsələn, Smart Fill aləti cədvəldə göstərilən şəhərlərin yerləşdiyi ölkələrin siyahısını avtomatik olaraq doldurmaq üçün açıq məlumatlardan istifadə edə bilər.

Enterprise Plus proqramı şirkətin işçilər kataloqundakı məlumatları (məsələn, e-poçt adresləri) da istifadə edə bilər.

Qeyd edək ki, Smart Fill funksiyası Essentials, Business Starter, Business Standard, Business Plus, Enterprise Essentials, Enterprise Standard, Enterprise Plus, Education, Enterprise for Education və Nonprofits müştəriləri, o cümlədən fərdi Google hesabları üçün əlçatandır.

Son xəbərlər
Oxşar xəbərlər