Google, sahibinin çəkisini ölçəcək idman ayaqqabısı yaratmaq niyyətindədir. Hal-
hazırda, şirkət bu ideyanı tətbiq edə biləcək tərtibatçılar axtarır. Bu haqda CNBC
kanalı xəbər verib.
Jurnalistlərin verdiyi məlumata görə, son aylarda Google VerilY şirkətinin
əməkdaşları, investorlar ilə xüsusi görüşlərdə yenilikçi ayaqqabıların prototipini
təqdim ediblər.
Google layihəsinə görə, insanın hərəkətlərini və çəkisini izləyən sensorlar,
ayaqqabıların içərisində qurulacaq.
"Belə ayaqqabılar sağlamlıqla əlaqədar olaraq, geniş istifadə sahəsinə malik
olacaqlar. Məsələn, çəkinin artması, gələcəkdə ürək çatışmazlığının əlaməti ola
bilə", – məqalənin müəllifi hesab edir.
Bundan əlavə, sensorlar insanın çəkisinin aşağı düşdüyünü də müəyyən edə
biləcəklər. Bu, yaşlı insanlar üçün xüsusilə faydalı ola bilər.