18 C
Baku
Saturday, November 2, 2024

Google casusluqda ittiham olunur

“Quartz” nəşri “Android” əməliyyat sistemində casusluq funksiyasını aşkar edib.

“Life” portalına istinadən, “Android” əməliyyat sistemi istifadəçilərin yerləşməsi barədə informasiyanı toplayır. Casusluq “Cell ID” texnologiyasının köməyi ilə həyata keçirilir. Məlum olub ki, hətta mobil cihazda GPS funksiyası işə salınmadan və SIM kart qoşulmadan istifadəçinin harada olması barədə məlumat “Google”a ötürülür. Məlumatlar mobil rabitə qurğuları vasitəsilə dəqiqliklə əldə olunur.

“Quartz” bildirir ki, “Google” bu funksiyanı cari ilin əvvəlində işə salıb.

Ekspertlər isə iddia edir ki, “Google” bu funksiyanı işə salmaqda məqsədi reklam sahəsində effektivliyi artırmaq olub.

“Google” rəsmisi isə “Quartz” nəşrinə açıqlamasında bildirib ki, abonentin yerləşməsi barədə məlumatların toplanmasında əsas məqsəd mobil siqnalın korreksiyası və mesajların daha sürətli çatdırılmasıdır. “Google” şəxsi məlumatların üçüncü tərəfə ötürülməsini qəti şəkildə rədd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər