25 C
Baku
Monday, April 29, 2024

“Google” ChatGPT-nin rəqibini təqdim edib

“Google” şirkətin ən böyük və ən bacarıqlı süni intellekt (AI) modeli adlandırdığı “Gemini”ni təqdim edib. Yeni böyük dil modeli həll ediləcək tapşırıqların müxtəlif miqyası ilə üç variantı əhatə edəcək: ən güclü “Gemini Ultra”, “Gemini Pro” (geniş tapşırıqlar üçün) və “Gemini Nano” (xüsusi tapşırıqlar və mobil cihazlar üçün).

“Gemini – Google Tədqiqatdakı həmkarlarımız da daxil olmaqla, Google üzrə komandalar arasında böyük əməkdaşlıq səyinin nəticəsidir”,- deyə “Google”un rəhbəri Sundar Piçai söyləyib.

Onun sözlərinə görə, yeni süni intellekt “multimodal olmaq üçün qurulub”: o, mətn, kod, audio, şəkillər və video daxil olmaqla müxtəlif məlumat növlərini ümumiləşdirə və asanlıqla başa düşə, manipulyasiya edə və birləşdirə bilər.

“Gemini” çat-botu “Google” məhsullarını dəstəkləmək üçün istifadə olunacaq. Şirkət SGE təcrübəsini ilk dəfə illik Google I/O tərtibatçı konfransında elan etdi. O, gələn il SGE-yə (Search Generative Experience) daxil ediləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər