16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Google Chrome” test rejimində “ağır” reklamları bloklamağa başladı

faizlere

“Google Chrome” brauzerindəki “ağır” reklamların bloklanmasını sınaqdan keçirməyə başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Reklam bloklandıqdan sonra istifadəçilər “Reklamlar silindi” mesajını görəcəklər.

“Bu yaxınlarda reklamın cihazın batareyasının, habelə şəbəkə məlumatlarının qeyri-mütənasib payını istehlak etdiyini müşahidə etdik. “Ağır” reklamlar akkumulyatorun ömrünü azaldır, şəbəkəni yükləyir və ümumiyyətlə baha başa gəlir”, – şirkət bildirir. 

Söhbət aşağıdakı reklamlardan gedir:

  1. Prosessor tərəfindən 60 saniyədən daha uzun müddət emal olunan;
  2. Sistem ehtiyatlarının 50%-ni istehlak edən;
  3. Şəbəkədə 4 MB-dan çox məlumat yükləyən;

Şirkət bir neçə ay ərzində reklamverənlərə bu məhdudiyyətlər əsasında reklamlarında dəyişiklik edə bilməsi üçün yeni funksiyanı test edəcək. Reklamların bloklanması yeniliyinin 2020-ci ilin avqust ayında əlçatan olacağı güman edilir. 

download 1

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər