“Google Chrome”, “Yandex” Azərbaycan bazarında paylarını artırıb

2021-ci ilin iyununda Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı may ayı ilə müqayisədə 0.05 faiz artıb.

Banker.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77.06 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı isə 0.33 faiz artaraq 4.93 faizə bərabər olub.

“Yandex Browser” brauzerinin payı 1.21 faiz, “Microsoft Edge”in payı 0.87 faiz təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.