18 C
Baku
Monday, September 16, 2024

“Google Chrome”a yeni funksiya əlavə edilib

Amerikanın “Google” korporasiyası “Chrome” brauzeri üçün yeniləmə buraxıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Məlumata görə, brauzerə pleyer interfeysi olmayan videodan bir kadrı kopiyalamaq funksiyası (Copy Video Frame) əlavə edilib.

Qeyd edək ki, “YouTube”da bu funksiya fərqli cür işləyir: birinci siçanın sağ düyməsini sıxırsınız və “YouTube” münyusunu görürsünüz, bundan sonra düyməni bir daha sıxmaq və “Google Chrome” menyusuna keçid etmək lazımdır. Kadr yüksək keyfiyyətdə, interfeysin elementləri olmadan kopiyalanır.

Bütün üstünlüklərə baxmayaraq, yeni funksiyanın məhdudiyyətləri də vardır. Məsələn, o, “X”, “Facebook” və “Instagram” sosial şəbəkələrində işləmir.

Son xəbərlər
Digər xəbərlər