17 C
Baku
Friday, October 18, 2024

“Google Chrome”da tablarla bağlı yeni funksiya

“Google” “Microsoft Edge”dən sonra yeni funksiya üzərində işləyir.

“Reddit”-də görünən skrinşotlara görə, “Chrome” istifadəçiləri tab nişanını iki dəfə klikləməklə bağlaya biləcəklər. Bu, birdən çox nişanı idarə etməyi asanlaşdıracaq.

Bildiyiniz kimi, brauzerlərdə çox sayda tab olduqda, “X” düyməsi görünməz olur və bu, tabları idarə etməyi çətinləşdirir. Yeni funksiya istifadəçilərin işini asanlaşdıracaq.

Məlumata görə yalnız “Chrome Canary”də sınaqdan keçirilmiş yeni funksiyanın stabil “Chrome”a nə vaxt gələcəyi hələlik bəlli deyil.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər