Vaşinqton dairə məhkəməsi qərar çıxarıb ki, “Google” öz “Chrome” brauzerini satmaq məcburiyyətində qalmayacaq. Bununla yanaşı, texnologiya nəhəngi onlayn axtarış sahəsində rəqibləri ilə məlumat paylaşmağa məcbur ediləcək. ABŞ-nin antinhisar orqanlarının iddiasında korporasiyanın qələbəsi “nadir hal” kimi qiymətləndirilir, “Reuters” yazır. Qeyd edək ki, “Android” və “Chrome” şirkətə bazarın dominant onlayn reklam biznesini inkişaf etdirməyə kömək edir.
Məhkəmə qərarı beşillik çəkişmənin nəticəsi olub. “Chrome” və ya “Android”i satmaq zərurətinin olmaması investorın narahatlıqlarını aradan qaldırır, həmçinin “Apple” və digər cihaz və veb-brauzer istehsalçıları üçün “rahatlıq” deməkdir. Onlar “Google”dan cihazlarında axtarış reklamı üzrə gəlirlərin bölüşdürülməsi çərçivəsində ödənişləri almağa davam edə bilərlər.
Məhkəmə qərarından sonra “Google”un səhmləri 7.2%, “Apple”ın səhmləri isə 3% artıb.