10 C
Baku
Cümə, Oktyabr 29, 2021

“Google Chrome”un Azərbaycanda bazar payı artıb

Azərbaycanın internet bazarında bu ilin avqust ayında “Google Chrome” brauzerinin bazarda payı 78.79 faiz təşkil edib.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, cari ilin iyul ayı ilə müqayisədə “Google Chrome” brauzerinin payı 0.09% artıb.

“Yandex Browser” brauzerinin bazar payı 1.31% təşkil edib ki, iyun ayı ilə müqayisədə bu göstərici 0,09% artıb.

Bunun əksinə “Samsung Internet” brauzerinin payı 5.09%-ə bərabər olub ki, iyul ayı ilə müqayisədə bu göstərici də 0.06 faiz azalıb.

Son xəbərlər
Oxşar xəbərlər