17 C
Baku
Thursday, May 2, 2024

Google-da bir çox insanın bilmədiyi maraqlı xidmətlər hansılardır?

Google şirkəti nəhəng axtarış xidməti və Android sisteminə görə kifayət qədər məşhurdur.

Google xidmətləri və məhsulları istifadəçilərə məlumatların ötürülməsi və onların həyatlarını daha asan və təhlükəsiz etməyə istiqamətlənib. Aşağıda sizə möhtəşəm, lakin çox az insanın bildiyi Google xidmətlərini təqdim edirik:

1. Google Mars Google Earth-a bənzərdir. Lakin burada əsas fərq ondan ibarətdir ki, bu proqram sizə Qırmızı planeti (Mars planeti) tədqiq etməyə imkan verir.

www.google.com/mars

2. Google Scholar – sizə elmi məqalələrin axtarışında kömək edəcək. O kifayət qədər genişdir və sizə universitetlərin, professional cəmiyyətlərin, akademik nəşrlərin və digər veb-saytların elmi məqalələri, tezisləri, kitabları, annotasiyaları ilə tanış olmaq imkanı yaradır.

www.scholar.google.com

3. Google Art Project saytı Google Street View-a bənzərdir və istifadəçilərə muzeylərə və rəsm qalereyalarına virtual turlar təşkil etmək bacarığına sahibdir.

www.googleartproject.com/ru

4. Google Transliterate – istifadəçilərə digər dillərə çap etmək imkanı yaradan xidmətdir.

5. Build with Chrome – Google Australia ilə Lego-nun ortaq layihəsidir. Onun vəzifəsi Google Chrome veb-brauzerinin üçölçülü şəkilləri necə əks etdirməsini göstərməkdir. Həmçinin istifadəçilər onun köməkliyi ilə Lego-dan öz üçölçülü konstruksiyalarını yarada bilərlər.

www.buildwithchrome.com/static/map

6. Google Think – reklam mütəxəssisləri və yeni marketinq ideyaları əldə etmək istəyən peşələr üçün nəzərdə tutulmuş saytdır.

www.google.com/think

7. Schemer – istifadəçilərə öz dostları ilə birgə fəaliyyəti planlaşdırmağa kömək edən şəbəkədir. Xidmət əsasən sıx məskunlaşmış ərazilərdə daha yaxşı nəticələr göstərir.

8. Google Sound Search – hazırda hansı mahının oxunduğunu deyən xidmətdir.

www.googlesystem.blogspot.com/2012/06/google-sound-se..

9. Google Moderator – müxtəlif mövzuların, sualların müzakirə olunması və fikir mübadiləsi üçün nəzərdə tutulmuş açıq forumdur. Moderator sizin istənilən sualınıza cavab almağa kömək edəcək.

www.google.com/moderator/?hl=ru

10. encrypted.google.com – daha təhlükəsiz axtarış sistemidir. это более защищённая система поиска. Burada şifrələmə sistemi bankların onlayn əməliyyatlar üçün istifadə etdiyi Secure Sockets Layer (SSL) protokolundan istifadə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər