9 C
Baku
Friday, December 13, 2024

“Google” distant çalışan işçilərinə $1.6 min təzminat ödəyəcək

“Google” hər bir işçiyə, o cümlədən təcrübəçilərə distant iş rejiminə görə birdəfəlik ödəniş edəcək. Qeyd olunur ki, şirkət COVID-19-un yeni ştamının yayılması fonunda işçilərin ofislərə qayıtmasını bir daha təxirə salıb.

Xatırladaq ki, may ayında şirkət işçilərinin 20%-ni distant iş rejiminə keçirib.

Banker.az xəbər verir ki, “Google” 2021-ci ilin sonunda komandaları ofislərə qaytara biləcəyini gözləsə də, dekabrın əvvəlində “omikron” ştamının yayılması səbəbindən şirkət bunu yalnız 10 yanvar 2022-ci il tarixində etmək niyyətində olduğunu açıqlayıb.

Araşdırmalar göstərir ki, bu gün çevik iş qrafiki təklif edə bilməyən şirkətlər yeni namizədlərin təxminən 70% qədərini itirirlər. Bununla yanaşı, işəgötürənlərin 35%-i pandemiyadan sonra bütün işçilərin ofisə qayıtmasını istəyir.

Son xəbərlər
Digər xəbərlər