26 C
Baku
Monday, July 7, 2025

“Google” distant iş rejimini 2022-ci ilədək uzadıb

“Google” işçilərin ofisə qayıtmasını 10 yanvar 2022-ci il tarixinə təxirə salıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, bu artıq üçüncü dəfədir baş verir. Şirkətin CEO-su Sundar Piçai həmin tarixdən sonra iş qrafiki seçərkən işçilərinə daha çox rahatlıq vermək niyyətində olduğunu vurğulayıb.

İT nəhənginin rəhbəri bunu dərc olunan məktubunda açıqlayıb. Piçai qeyd edir ki, regional şöbələr işçilərini yeni iş qrafiki barədə ən azı 30 gün əvvəl xəbərdar etməlidir.

Bununla yanaşı, “Google” işçilərin sağlamlığının qeydinə qalmaq üçün 22 oktyabr-17 dekabr müddətində tətil elan edib. Xatırladaq ki, may ayında Piçai 2021-ci ilin oktyabr ayına qədər əyani iş rejiminin bərpa ediləcəyini söyləyib.

Daha əvvəl “Apple” işçilərinin ofislərə qayıtmasını 2022-ci ilin yanvarına qədər təxirə saldığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər