“Google” dünyanın ən bahalı brendi adını alıb.
vistanews.ru saytına istinadən məlumatına görə, bu barədə “Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabatda deyilir.
İnternet korporasiya dünyanın ən bahalı brendlərinin reytinqində ilk yeri tutub. Şirkət “Apple” korporasiyasını da geridə qoyub.
Dəqiqləşdirilir ki, “Google” brendinin qiyməti 2016-cı ildə təxminən 25 faiz artıb və 109,47 milyard dollara çatıb. “Apple” brendi isə 27 faiz ucuzlaşaraq 107,141 milyard dollar olub.
“Amazon.com” internet riteyli üçüncü yeri tutub – brendin qiyməti 53 faiz artaraq 106,396 milyard dollar qiymətləndirilir.
“AT&T” telekommunikasiya şirkəti 45 faizdən çox bahalaşaraq 87,016 milyard dollar qiymətinə çatıb və bununla da dördüncü yeri tutub.
“Microsoft” brendin qiyməti 13 faizdən çox bahalaşıb 76,265 milyard dollar olsa da, şirkət reytinqin beşinci cərgəsinə düşüb.
Altıncı sıranı ilk dəfə olaraq Amerika şirkəti deyil, Cənubi Koreya istehsalçısı “Samsung” şirkəti tutub. Şirkətin dəyəri 13 faiz artaraq 66,219 milyard dollar təşkil edib.