2 C
Baku
Saturday, December 14, 2024

Google dünyanın ən bahalı brendi oldu

Amerikanın məşhur Google brendi nəhəng analitika şirkətlərindən biri olan Millward Brown versiyasına əsasən dünyanın ən bahalı brendi elan edildi. Şirkət tərəfindən təşkil edilmiş reytinq çərşənbə axşamı nəşr edilmişdir. Millward Brown-un verdiyi məlumatlara görə Google brendinin dəyəri bir il ərzində 40% artaraq 159 milyard dollar təşkil etmişdir. Bu da şirkətə reytinqin keçmiş lideri Apple şirkətini geridə qoymağa imkan verdi.

Apple şirkətinin ticarət nişanının dəyəri keçən il 20% enmiş və 148 milyard dollar olmuşdur. Reytinqdə üçüncü pilləni, keçən il olduğu kimi, bu il də IBM şirkəti tutmuşdur. Bununla yanaşı, Microsoft şirkəti də keçən ilki nəticələrini qoruyub saxlaya bilmişdir və şirkət dördüncü pillədə yer alıb. Reytinqin ilk beşliyini isə McDonald’s restoranlar şəbəkəsi tamamlayır.

Son xəbərlər
Digər xəbərlər