19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Google Earth” 3D formatında planetin son 37 ildə necə dəyişdiyini göstərdi – Video

“Google” planetdəki bəzi yerlərin on illər ərzində necə dəyişdiyini görməyə imkan verin “Google Earth” xidmətini yeniləyib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

İndi istənilən istifadəçi saytda təklif olunan yerləri interaktiv formatda izləyə bilər. 

Şirkət öz bloqunda xidmətə 1984-2020-ci illər arasında çəkilən 24 milyondan çox şəkil əlavə edildiyini, ümumilikdə isə platformada 20 petabayt (20 min terabayt) məlumat olduğunu yazıb. Qeyd edək ki, layihənin realizə edilməsində korporasiyaya NASA, ABŞ Geoloji Xidməti, Avropa Kosmik Agentliyi və Avropa Komissiyası kömək edib. 

Bu, “Google”un “Earth” layihəsindəki ilk təcrübəsi deyil. Xatırladaq ki, 2014-cü ildə “Earth Engine”də ikiölçülü şəkillər mövcud idi. Şirkət yeni formatın istifadəçilərə planetin son onilliklər ərzində necə dəyişdiyini açıq şəkildə göstərəcək və gələcəyi barədə düşünməyə vadar edəcək. 

Rahat olsun deyə platformada beş tematik kateqoriya mövcuddur: enerji mənbələri, qlobal istiləşmə, urbanizasiya, meşə transformasiyaları və “təbiətin kövrək gözəlliyi”. 

Hər bir istifadəçi planetin demək olar ki, hər yerinin necə dəyişdiyini görə bilər. Yaradıcıların fikrincə, görüntülərdən maneçilik olmasın deyə bütün buludlar və kölgələr silinib. 

“Bir çox insan hələ də insan fəaliyyətinin planetin taleyinə əhəmiyyətli dərəcədə təsir etmədiyini düşünür”, – deyə yaradıcılardan biri qeyd edir. “Çox güman ki, bu insanlar “Google Earth”ü öyrənməkdə maraqlı deyillər. Lakin bəlkə onların övladları bu layihə haqqında öyrənəcəklər və valideynlərinə göstərəcəklər”. 

Şirkət həmçinin yaxın on il ərzində xidməti yeniləməyi və yeni şəkillər əlavə etməyi planlaşdırdığını qeyd edib. “Ümid edirik ki, planetə bu baxış mühüm müzakirələrə yol açacaq, yeni kəşflərə töhfə verəcək və insanların bəzi qlobal məsələlər haqqında düşüncə tərzini dəyişdirəcək”, – deyə “Google” nümayəndələri söyləyiblər.

Son xəbərlər
Oxşar xəbərlər