14 C
Baku
Saturday, April 27, 2024

Google fəndi: İşləmədən əmək haqqı almaq necə mümkündür?

Heç kimə sirr deyil ki, dünyaca məşhur Google şirkəti ən bacarıqlı namizədləri işə cəlb edir. Bundan əlavə şirkətin özünün işə qəbul ilə bağlı özünəməxsus fəndi var. Belə ki, şirkət ən yaxşı mütəxəssisləri hər hansı bir layihənin icrası üçün işə cəkb edir. Bəs bu layihə başa çatdıqda həmin işçilər ilə nə baş verir?

Bu suala cavab çox maraqlıdır. Google həmin şəxsləri onlara uyğun vakansiya olana qədər ştatda saxlamağa davam edir. Buna səbəb isə onların rəqib şirkətlərdə işə düzəlmək və yaxud şəxsi start-uplarını yaratması şanslarının qarşısını almaqdır.

Business Insider nəşrinin verdiyi məlumata görə, şirkətdə bu fəndi futbolda olduğu kimi “ehtiyat skamyası” adlandırırlar.

Təbii ki, bu heç də bütün şirkət əməkdaşlarına deyil, yalnızca yüksək ixtisaslı mütəxəssislərə şamil edilir. Bu mütəxəssislərin “ehtiyat skamyasında” keçirdiyi müddət isə bir neçə aydan bir neçə ilə qədər uzana bilər. Bütün bu zaman ərzində isə onlar işləməsələr də, əmək haqqı almağa davam edirlər. Bəzən belə əməkdaşlara şirkət yeni nə edə bilərlər üzərində rahat düşünmək üçün 12-24 aylıq məzuniyyət verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər