12 C
Baku
Friday, November 15, 2024

Google Fondu Covid-19 pandemiyasından zərər çəkmiş ailələrə $1000 paylayacaq

“Google.org” xeyriyyə fondu, “GiveDirectly” qeyri-kommerisya təşkilatı ilə birlikdə San-Fransiskoda Covid-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələrə 1000 dollar paylayacaq.

Banker.az xəbər verir ki, bu barədə fond öz “Twitter” bloqunda bildirib.

Qeyd edildiyi kimi, “Google org” ümumilikdə bu məqsədlə 1 milyon dollar vəsait ayırıb (“Alphabet – 1 milyon dollar).

“GiveDirectly” qida yardımı proqramında iştirak edən 252 yoxsul ailələr üçün 500 min dollar vəsait toplamağa başlayıb.

Bu gün (13 aprel) verilən məlumata görə, fond planlaşdırılmış məbləğdən 280 min dollar artıq vəsait toplayıb.

Xatırladaq ki, “GiveDirectly” təşkilatı 2009-cu ildə təsis edilmişdir. Onun təsisçiləri və tərəfdaşları arasında Google Fondu, Good Ventures özəl fondu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və digərləri vardır. Mövcud olduğu dövr ərzində fond 130 min ailəyə yardım edib, ümumilikdə isə onlara 140 milyon dollar vəsait xərclənib.

Aprelin 10-u “Apple” və “Google” koronavirus pandemiyasının yayılması ilə mübarizə aparmağa kömək edəcək texnologiyalar üzərində birgə iş barədə açıqlama verdilər.

Son xəbərlər
Digər xəbərlər