25 C
Baku
Saturday, July 27, 2024

“Google” Fransada €220 mln. cərimələnib

Fransanın rəqabət məsələləri üzrə tənzimləyici orqanı “Google” korporasiyasını 220 milyon avro cərimə edib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirildiyi kimi, bunun səbəbi Amerika şirkətinin xidmətlərini tanıtmaq üçün bazardakı mövqeyindən istifadə etməsi olub.

Antiinhisar tənzimləyicinin press-relizində qeyd edilir ki, “Google” öz xidmətlərinə “Google Ad Manager” adı altında preferensial rejim təqdim edib ki, bununla da rəqiblərinə böyük zərər verib.

Mütəxəssislərin sözlərinə görə, “Google Ad Manager” xidməti “DFP” reklam serverləri kimidir, hansılar ki, sayt və tətbiq yaradıcılarına reklam yerlərini satmağa imkan verir. Şirkət günahkarlığını rədd etməyib, tənzimləyici ilə müqavilə bağlayıb və “Google Ad Manager”in işinə dəyişiklik edəcəyini vəd edib.

Son xəbərlər
Digər xəbərlər