30 C
Baku
Friday, July 19, 2024

“Google” öz “ağıllı” saatını buraxır

Amerikanın “Google” şirkəti öz “ağıllı” saatını – “Pixel Watch” buraxacaq.

Banker.az xəbər verir ki, cihaz 2022-ci ilin yazında təqdim ediləcək.

Saat çərçivəsi olmayan dairəvi siferblat alacaq, eyni zamanda ürək döyüntülərinin və addımların ölçülməsi funksiyaları ilə təchiz edilib. Yəni cihaz fiziki fəaliyyət göstəricilərini və istifadəçinin sağlamlıq vəziyyətini oxuya bilir.

“Pixel Watch” “Google”un 2.1 milyard dollara aldığı “Fitbit” bilərziyindən qat-qat baha olacaq. Qiymət baxımından şirkət “Apple” ilə rəqabət edəcək.

Xatırladaq ki, daha əvvəl “Facebook” da öz “ağıllı” saatını buraxdığını açıqlamışdı. Oktyabr ayının sonunda sosial şəbəkədə bu cihazın fotoları yayılıb.

Son xəbərlər
Digər xəbərlər