22 C
Baku
Saturday, September 28, 2024

Google Green Throttel Games şirkətini aldı

Uzun zamandır ki, İT sahəsində Google şirkətinin konsol bazarına çıxacağı haqqında şayələr dolaşır.

Pando Daily öz mənbələrinə istinadən bildirir ki, Google şirkəti Green Throttel Games şirkətini alıb. Green Throttel Games şirkəti Android- cihazları üçün oyun nəzarətçilərini yaradır.

Green Throttle şirkəti texnoloji aləmində məşhur olan bir sıra oyunçular tərəfindən yaradılmışdır. Şirkətin təsisçisi Çarlz Huanqdır. O, daha öncə Guitar Hero oyunlarına nəzarət edən RedOctane şirkətini yaratmışdı.

Green Throttle şirkətinin digər iki təsisçiləri isə Mett Krouli və Karl Tausenddirlər. Onların hər ikisi Palm şirkətində çalışmışdırlar.

Green Throttle şirkətinin özü isə keçən ilin noyabrında müəmmalı şəkildə bağlanmışdı, şirkətin Google ilə sazişi isə bu il baş tutur.

Həmçinin Goggle şirkətinin Green Throttle-un səhmləri nə edəcəyi də məlum deyil. Green Throttle-un məhsulları Xbox 360 oyn nəzarətçilərini xatırladırlar, lakin onlar Android- cihazları ilə çalışmağa yönəldiliblər.

Son xəbərlər
Digər xəbərlər