8 C
Baku
Thursday, December 12, 2024

“Google” həkimlərin xəttini oxuyan proqram təqdim edib

Amerikanın “Google” korporasiyası “Google Lens” xidmətinə həkimlərin xəttini oxumağı öyrətdiyini açıqlayıb. Bu barədə şirkətin Hindistanda keçirilən tərtibatçılar konfransındakı təqdimatına istinadən “TechCrunch” yazıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Google”a görə, həkimlər reseptləri tələsik yazmaqla məşhurdurlar, məhz buna görə bir çox insan onları oxumaqda çətinlik çəkir. Şirkət həkimlərin təyin etdiyi dərmanları müəyyən etmək üçün əczaçılarla əlbir olub. Beləliklə, hər hansı bir resepti oxumaq üçün “Google Lens” vasitəsilə onun şəklini çəkmək, sonra isə proqramın müəyyən etdiyi preparatları seçmək lazım olacaq.

Şirkət yeni texnologiyanın nə vaxt hamı üçün əlçatan olacağını açıqlamayıb, lakin qeyd edib ki, “Google Lens” istifadəçilərinin böyük hissəsi Hindistanın payına düşür.

Son xəbərlər
Digər xəbərlər